...

İranda 38 milyondan artıq insan koronavirus testindən keçib

Dünya xəbərləri Materials 24 Mart 2020 10:41 (UTC +04:00)
İranda 38 milyondan artıq insan koronavirus testindən keçib
İranda 38 milyondan artıq insan koronavirus testindən keçib

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranda indiyədək 38 800 000 nəfər yeni koronavirus (COVID-19) testindən keçib.

Trend-in məlumatına görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Naziri Səid Nəməki deyib.

Nazir bildirib ki, onların 547 min nəfərində bir sıra simptomlar aşkarlanıb, 74 min nəfər isə səhiyyə müəssisələrinə göndərilib.

Onun sözlərinə görə, 74 min nəfərin 8 mini isə xəstəxanalara aparılıb. 3 min nəfərin xüsusi şəraitdə saxlanması və ya müalicəyə ehtiyacı olduğu müəyyənləşib.

İranlı nazir ölkədə yeni koronavirusa yoluxmanın artmaqda olduğunu və aparılan testlər nəticəsində növbəti günlərdə virus daşıyıcılarının artacağını deyib.

Qeyd edək ki, İranda indiyədək 23 049 nəfərin yeni koronavirusa yoluxması, 1 812 nəfərin ölməsi və 8 376 nəfərin sağalması təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti