Bakı. Trend:
İsveçrədə daha 929 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsveçrənin Federal Səhiyyə İdarəsindən bildiriblər.
Bildirilir ki, ölkədə koronavirusa yoluxanların sayı 9765 nəfərə çatıb.
Məlumata əsasən, ötən sutka ərzində koronavirusdan 37 ölüm halı qeydə alınıb, ölənlərin ümumi sayı 103 nəfərdir.
Xatırladaq ki, İsveçrədə koronavirusa ilk yoluxma halı fevralın 25-i qeydə alınıb.