...

İsveçrədə koronavirusa daha 1052 nəfər yoluxub

Dünya xəbərləri Materials 29 Mart 2020 00:34 (UTC +04:00)
İsveçrədə koronavirusa daha 1052 nəfər yoluxub

Bakı. Trend:

İsveçrədə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 1052 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Federal Səhiyyə İdarəsindən bildiriblər.

Məlumata əsasən, ölkə ərazisində koronavirusa yoluxanların ümumi sayı 13 213 nəfərə, ölənlərin isə 235 nəfərə çatıb.

Xatırladaq ki, İsveçrədə yeni koronavirusa ilk yoluxma halı fevralın 25-i qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti