Bakı. Trend:
Çində koronavirus epidemiyası sona çatıb.
Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Mi Fen brifinq zamanı elan edib.
O bildirib ki, martın 29-na olan vəziyyətə görə, koronavirusa yoluxanların sayı 3 min nəfərdən az olub.
Qeyd edək ki, bu günədək Çində 81 mindən çox şəxs koronavirusa yoluxub, 3 300 nəfər ölüb. Ötən gün yalnız 45 yeni yoluxma qeydə alınıb ki, onların hamısının ölkə xaricindən gəldiyi deyilir.
Çində 75 mindən çox koronavirus xəstəsi sağalıb, müalicəsini davam etdirənlərin sayı 2 691 nəfər təşkil edir.