...

ABŞ İranın nüvə proqramına qarşı sanksiyalardan istisnaların müddətini uzadıb

Dünya xəbərləri Materials 31 Mart 2020 05:31 (UTC +04:00)
ABŞ İranın nüvə proqramına qarşı sanksiyalardan istisnaların müddətini 60 gün uzadıb
ABŞ İranın nüvə proqramına qarşı sanksiyalardan istisnaların müddətini uzadıb

Bakı. Trend:

ABŞ İranın nüvə proqramına qarşı sanksiyalardan istisnaların müddətini 60 gün uzadıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs deyib.

M.Ortequs bildirib: "ABŞ İran hökumətinin nüvə proqramına qarşı dörd tədbirin müddətini daha 60 gün uzadır".

Onun sözlərinə görə, İranın nüvə fəaliyyətinin davam edən genişlənməsi qəbuledilməzdir: "İran hakimiyyəti tərəfindən nüvə şantajı beynəlxalq sülh və təhlükəsizlik üçün ən ciddi təhdidlərdən biridir".

Rəsmi nümayəndə qeyd edib ki, ABŞ İranın bu sahədə stabilliyi pozan fəaliyyətinin qarşısını almaq üçün bütün imkanlardan istifadə etməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti