...

Koronavirus Yəməndə də qeydə alındı

Dünya xəbərləri Materials 10 Aprel 2020 10:10 (UTC +04:00)
Yəməndə koronavirusa ilk yoluxma faktı qeydə alınıb
Koronavirus Yəməndə də qeydə alındı

Bakı. Trend:

Yəməndə koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.

Virusa ölkənin şərqindəki Hadramut əyalətində bir şəxsin yoluxduğu deyilir. Onun vəziyyətinin stabil olduğu bildirilib.

Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanı koronavirus epidemiyası ilə əlaqədar Yəməndə atəşkəs elan etmişdi.

Bu günədək dünyada 1,6 milyondan çox koronavirusa yoluxma qeydə alınıb. Ölənlərin sayı 95 min nəfəri keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti