...

BMT-nin baş katibi koronavirus peyvəndinin qlobal ictimai mülk kimi tanınmasına çağırır

Dünya xəbərləri Materials 18 Aprel 2020 06:10 (UTC +04:00)
BMT baş katibi Antonio Quterreş, koronavirus peyvəndinin qlobal ictimai mülk kimi qəbul edilməsinə çağırır
BMT-nin baş katibi koronavirus peyvəndinin qlobal ictimai mülk kimi tanınmasına çağırır

Trend-i buradan izləyin

Bakı. Trend:

BMT baş katibi Antonio Quterreş, koronavirus peyvəndinin qlobal ictimai mülk kimi qəbul edilməsinə çağırır.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində baş katib yazıb.

A.Quterreş bildirib: "Hər yerdə və hər kəs üçün əlçatanlığı vacib olan COVID-19 peyvəndi hazırlamaq üçün qlobal bir koalisiyaya ehtiyacımız var".

BMT baş katibi vurğulayıb ki, o, qlobal bir ictimai mülk kimi qəbul edilməlidir.

Qeyd edək ki, pandemiyanın başlanmasından bəri 2,2 milyondan çox insan koronavirusa yoluxub, 150 mindən çox insan ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti