Bakı. Trend:
Böyük Britaniyada yeni növ koronavirusdan daha 888 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 15 mini ötüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, son sutka ərzində koronavirusa daha 5,5 min nəfər yoluxub, yoluxanların ümumi sayı 114 mini ötüb: "Analiz götürülən 357 023 nəfərdən 114 217 nəfərdə koronavirus aşkarlanıb. Aprelin 17-si saat 17:00 üçün 15 464 nəfər koronavirusdan dünyasını dəyişib".