...

İspaniyada koronavirusa yoluxanların sayı 200 min nəfəri keçdi

Dünya xəbərləri Materials 20 Aprel 2020 13:48 (UTC +04:00)

Bakı. Trend:

İspaniyada koronavirusa yoluxanların sayı 200 210 nəfərə çatıb.

Trend-in məlumatına görə, son sutka ərzində 4 266 nəfərin yoluxması qeydə alınıb.

Bundan başqa, son 24 saatda ölkədə koronavirusdan 399 nəfər ölüb. Bununla da ölənlərin sayı 20 852 nəfərə çatıb.

80 587 nəfər isə virusdan sağalıb.

Qeyd edək ki, yoluxma sayına görə İspaniya Avropa ölkələri arasında birincidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti