...

Türk Şurası: Qondarma “erməni soyqırımı” ilə bağlı iddialar tarixin saxtalaşdırılması yolu ilə siyasi məqsədlərə nail olmağa yönəlib

Dünya xəbərləri Materials 27 Aprel 2020 14:07 (UTC +04:00)
Türk Şurası: Qondarma “erməni soyqırımı” ilə bağlı iddialar tarixin saxtalaşdırılması yolu ilə siyasi məqsədlərə nail olmağa yönəlib

Bakı. Trend:

Erməni ideoloqların düşmənçilik mövqeyinə əsaslanan, bir sıra dövlətlər tərəfindən dəstəklənən və Türkiyəyə qarşı yönəlmiş qondarma “erməni soyqırımı” ilə bağlı iddia və ittihamlar tarixin saxtalaşdırılması yolu ilə siyasi məqsədlərə nail olmağa yönəlib.

Trend-in məlumatına görə, bu barədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, tarixi faktlar tədqiq olunmadan hadisələrə siyasi və hüquqi qiymət verilməsi, kollektiv şüurda nifrət, tarixi düşmənçilik və intiqamın təlqin olunması xalqların qarşılıqlı anlaşma və sülh içində yaşamaq hüququna təhlükə törədir:

“Regionda münaqişələr, qaçqın və məcburi köçkün problemi bu yanaşmanın məntiqi nəticəsidir. Müasir beynəlxalq münasibətlər və bu günədək baş vermiş bütün faciələr şəffaf və ədalətli şəkildə tədqiq olunmalıdır. Bu kontekstdə, Türkiyənin 1915-ci il hadisələri ilə bağlı Birgə tarixi komissiyanın yaradılması və tarixçilərin tədqiqatı məqsədilə arxivlərin açılması ilə əlaqədar təşəbbüsü tərifəlayiqdir. Tarixi faktların alim və tədqiqatçılar tərəfindən qərəzsiz tədqiqi və qiymətləndirilməsi 105 il əvvəl baş vermiş hadisələri üzə çıxarmağa imkan verəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti