Bakı. Trend:
Ermənistanda koronavirusa yoluxanların sayı 1 867 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 59 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, sutka ərzində 1 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 30 nəfər koronavirusun qurbanı olub, 971 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.