...

Fransada tibbi maskaların təkrar istifadəsinin mümkünlüyü öyrənilir

Dünya xəbərləri Materials 29 Aprel 2020 04:30 (UTC +04:00)
Fransada tibbi maskaların təkrar istifadəsinin mümkünlüyü öyrənilir

Bakı. Trend:

Fransanın Milli Elmi Araşdırma Mərkəzinin (CNRS) və Atom Enerjisi üzrə Komissiyasının (CEA) alimləri tibbi maskaların təkrar istifadəsinin mümkünlüyüni öyrənməyə başlayıblar.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, koronavirus pandemiyası şəraitində bu məhsullara tələbat həftədə 5 milyondan 50 milyona qədər artıb.

"IMT Atlantique" Universitetinin tədqiqatçı-müəllimi Lorans Le Kok bildirib: "Biz test edilən emal üsulunun virusdan, həmçinin xəstəxana şəraitində tapıla bilən bakteriya kimi digər mikroorqanizmlərdən qurtulmağımızı təmin etdiyini müəyyən etməliyik. Maskalar laboratoriyada emal edildikdən sonra onların istifadəyə yararlılığını qiymətləndirəcəyik"

Bundan sonra mütəxəssislər mümkün prosedurların sayını test etməli olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti