...

Avropa Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayıb

Dünya xəbərləri Materials 30 Aprel 2020 18:11 (UTC +04:00)
Avropa Mərkəzi Bankı kreditlər üzrə baza faiz dərəcəsini dəyişməz saxlayıb
Avropa Mərkəzi Bankı faiz dərəcəsini dəyişməz saxlayıb

Bakı. Trend:

Avropa Mərkəzi Bankı kreditlər üzrə baza faiz dərəcəsini dəyişməz saxlayıb. Bu göstərici 0 faiz müəyyən edilib

Trend-in məlumatına görə, bununla bağlı qərar bankın Direktorlar Şurasının iclasında qəbul olunub.

Bundan başqa, depozitlər üzrə faiz dərəcəsi mənfi 0,5 faiz, marginal kreditlər üzrə 0,25 faiz səviyyəsində saxlanılıb.

Avropa Mərkəzi Bankının Direktorlar Şurasının növbəti iclası iyunun 4-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti