Bakı. Trend:
Ermənistanda koronavirusa yoluxanların sayı 2 273 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 125 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bu günədək Ermənistanda 33 nəfər koronavirusun qurbanı olub, 1 227 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.