...

İranda daha 976 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 3 May 2020 14:24 (UTC +04:00)
İranda daha 976 nəfər koronavirusa yoluxub

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən 24 saat ərzində daha 976 nəfər koronavirusa (COVID19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib.

K.Cahanpurun sözlərinə görə, 19 fevraldan bu günədək İranda bu virusa yoluxanların sayı 97 424 nəfərə yüksəlib. Virus daşıyıcılarından 2 690 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi bildirib ki, ötən sutka ərzində daha 47 nəfərin ölməsi ilə İranda koronavirusdan ölənlərin sayı 6 203 nəfərə çatıb.

Cahanpur deyib ki, indiyədək İranda 78 422 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək koronavirus diaqnozu ilə əlaqədar 496 mindən çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti