...

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötüb

Dünya xəbərləri Materials 3 May 2020 21:55 (UTC +04:00)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötüb

Bakı. Trend:

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3,3 milyonu ötüb.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Məlumata əsasən, son sutka ərzində dünyada yeni növ koronavirusa 82,7 min yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 349 786 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində həmçinin koronavirusdan 8 657 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 238 628 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti