...

Çexiya hökuməti fövqəladə vəziyyət rejimini uzatmağı planlaşdırmır

Dünya xəbərləri Materials 4 May 2020 07:51 (UTC +04:00)
Çexiya hökuməti fövqəladə vəziyyət rejimini uzatmağı planlaşdırmır

Bakı. Trend:

Çexiya hökuməti ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən fövqəladə vəziyyət rejimini uzatmağı planlaşdırmır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu "Nova" telekanalının efirində ölkənin baş naziri Andrey Babiş deyib.

A.Babiş bildirib: "Fövqəladə vəziyyət rejiminin uzadılması barədə məsələni gözdən keçirmirik".

Qeyd edək ki, Çexiyada fövqəladə vəziyyət rejimi martın 12-si tətbiq edilib. Fövqəladə vəziyyət rejiminin müddəti mayın 17-si bitir.

Çexiyada 7 764 yeni növ koronavirusa yoluxma halı qeydə alınıb, 245 nəfər ölüb, 3 584 nəfər isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti