...

Ukraynada karantin rejimi uzadıldı

Dünya xəbərləri Materials 4 May 2020 16:56 (UTC +04:00)

Bakı. Trend:

Ukraynada koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi mayın 22-nə kimi uzadılıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Nazirlər Kabineti qərar qəbul edib.

Bununla belə, mayın 11-dən başlayaraq bəzi məhdudiyyətlərin aradan qaldırılması da mümkün olacaq.

Qeyd edək ki, bu günədək ölkədə 12 mindən çox yoluxma qeydə alınıb. 303 nəfər ölüb, 1600-dən çox xəstə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti