...

Serbiya parlamenti fövqəladə vəziyyətin ləğv edilməsini dəstəkləyib

Dünya xəbərləri Materials 7 May 2020 07:15 (UTC +04:00)
Serbiya parlamenti fövqəladə vəziyyətin ləğv edilməsini dəstəkləyib

Bakı. Trend:

Serbiya parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin ləğv edilməsini dəstəkləyib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, fövqəladə vəziyyət rejiminin ləğv edilməsini Serbiyanın baş naziri Ana Brnabiç təklif edib.

Bildirilir ki, fövqəladə vəziyyət rejiminin ləğv edilməsinin lehinə 155 deputat səs verib, 2 deputat səs verməyib.

Məlumata əsasən, parlament həmçinin fövqəladə vəziyyət rejiminin daha qısa müddətdə ləğv edilməsinə dair qərar qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti