...

İranda koronavirusa yoluxanların sayı 105 min nəfəri keçdi

Dünya xəbərləri Materials 9 May 2020 13:52 (UTC +04:00)
İranda koronavirusa yoluxanların sayı 105 min nəfəri keçdi

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 1 529 nəfərin koronavirusa (COVID-19) yoluxması ilə indiyədək bu virusa yoluxanların sayı 106 220 nəfərə çatıb.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, virus daşıyıcılarından 2 696 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi əlavə edib ki, ötən 24 saat ərzində daha 48 nəfərin koronavirusdan ölməsi qeydə alınıb. Beləliklə indiyədək İranda bu virusdan ölənlərin sayı 6 589 nəfərə yüksəlib.

Cahanpur İranda indiyədək 85 064 nəfərin koronavirusdan sağaldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti