...

Suriyada partlayış olub: ölən və yaralananlar var

Dünya xəbərləri Materials 11 May 2020 01:10 (UTC +04:00)
Suriyada partlayış olub: ölən və yaralananlar var

Bakı. Trend:

Suriyanın El Bab şəhərindəki xalq bazarında terrorçular tərəfindən quraşdırılan bombanın partlaması nəticəsində ən azı bir nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "SANA" agentliyi bildirib.

Məlumata əsasən, xəsarət alanlar arasında bir qadın və bir neçə uşaq var.

Şəhərin mərkəzində partlayış günorta vaxtı, sakinlər iftardan qabaq bazarda yemək alarkən baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti