...

Moskvada koronavirusdan daha 55 nəfər ölüb

Dünya xəbərləri Materials 12 May 2020 01:11 (UTC +04:00)
Moskvada koronavirusdan daha 55 nəfər ölüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 55 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 55 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Rusiyanın paytaxtında koronavirusdan ölənlərin ümumi sayı 1 179 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti