...

Əfqanıstanda doğum evinə hücum edilib - Girovlar var

Dünya xəbərləri Materials 12 May 2020 13:10 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslər doğum evinə hücum edib
Əfqanıstanda doğum evinə hücum edilib - Girovlar var

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslər doğum evinə hücum edib.

Trend-in məlumatına görə, hücum nəticəsində azı 8 dinc sakin həlak olub, yaralıların da olduğu deyilir.

Əfqanıstan təhlükəsizlik qüvvələri xəstəxanada qalanları təxliyə etməyə çalışır. İlkin məlumatlara əsasən, binada təxminən 140 nəfər qalıb.

Hücumla bağlı məsuliyyəti üzərinə götürən olmayıb. “Taliban” radikal təşkilatı isə bu hücumla əlaqələrinin olmadığını bildirib.

Doğum evi “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatına məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti