Bakı. Trend:
Rusiyanın Kamçatka sahillərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka filialı xəbər verib.
Seysmik hadisənin episentri Ust-Kamçatsk kəndindən 138 km məsafədə, 18 km dərinlikdə olub. Sunami təhlükəsi elan edilməyib.
Bildirilib ki, zəlzələ nəticəsində tələfat və dağıntı yoxdur.