...

Rusiyada uşaqlara aylıq ödənişlərin verilməsi üzrə xidmət işə düşüb

Dünya xəbərləri Materials 21 May 2020 10:23 (UTC +04:00)
Rusiyada uşaqlara aylıq ödənişlərin verilməsi üzrə xidmət işə düşüb

Bakı. Trend:

Rusiyada valideynlərə 3 yaşdan 7 yaşadək uşaqlar üçün aylıq ödənişlərin verilməsi proqramı işə düşüb.

Trend-in məlumatına görə, bununla əlaqədar olaraq ölkə ərazisi üzrə Dövlət xidmətləri portalında müraciətlər qəbul olunmağa başlayıb.

Portal işə düşdükdən sonra ilk bir neçə saat ərzində 70 mindən çox müraciət qəbul edilib. Hələlik layihə Rusiyanın 65 regionunu əhatə edir.

Qeyd edək ki, mart ayında Rusiya Prezidenti Vladimir Putin 3 yaşdan 7 yaşadək uşaqlar üçün aylıq ödənişlərin verilməsi barədə fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti