...

Türkiyədə son sutkada koronavirusdan 1 121 nəfər sağalıb

Dünya xəbərləri Materials 22 May 2020 21:18 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 1 121 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 27 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 276 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 952 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 154 500 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 121 nəfər olmaqla 116 111 nəfər təşkil edir.

Son sutka ərzində koronavirusla bağlı 37 507 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti