Bakı. Trend:
Qazaxıstanda ötən sutka ərzində 209 nəfərdə yeni növ koronavirus aşkarlanıb.
Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halları Almatı (37), Nur-Sultan (32) şəhərlərində və Karaqanda (33), Jambıl (33), Qərbi-Qazaxıstan (28), Atırau (12), Pavlodar (10), Aktyubinsk (6), Qızılorda (6), Almatı (4), Şərqi Qazaxıstan (4), Kostanay (2), Akmolinsk (1) və Manqistausk (1) vilayətlərində qeydə alınıb.
Məlumata əsasən, Qazaxıstanda koronavirusa yoluxanların ümumi sayı 8531 nəfərə çatıb.