Bakı. Trend:
Xorvatiya koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilən Aİ-nin 10 dövlətinin vətəndaşlarının ölkəsinə girişinə qoyulan məhdudiyyətləri ləğv etdi.
Trend- in məlumatına görə, baş nazir Andrey Plenkoviç hökumətin iclası zamanı bildirib.
"Avstriya, Macarıstan, Almaniya, Latviya, Litva, Polşa, Slovakiya, Sloveniya, Çexiya və Estoniya vətəndaşlarının ölkəyə girişinə icazə verilir", - deyə Baş nazir vurğulayıb.
Hökumət başçısının sözlərinə görə, vəziyyət yaxşılaşdıqca vətəndaşlarının Xorvatiyaya girişə icazə verilən ölkələrin siyahısı genişlənəcək.