...

İranda daha 2 282 nəfər koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 30 May 2020 14:01 (UTC +04:00)
İranda daha 2 282 nəfər koronavirusa yoluxdu

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində daha 2 282 nəfər koronavirusa (COVID19) yoluxub.

Trend-in məlumatına görə, Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 148 950 nəfərə çatıb. Virus daşıyıcılarından 2 533 nəfərin vəziyyəti ağırdır.

Cahanpur əlavə edib ki, İranda ötən 24 saat ərzində daha 57 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 7 734 nəfərə yüksəlib.

Nazirlik rəsmisi İranda indiyədək 116 827 nəfərin koronavirusdan sağaldığını deyib.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 915 mindən çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti