...

İstanbul polisi xüsusi əməliyyat keçirdi

Dünya xəbərləri Materials 2 İyun 2020 12:37 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda polis FETÖ terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində 118 nəfər saxlanılıb.

Saxlananlar arasında ehtiyatda olan zabitlər də var.

Qeyd olunur ki, saxlanan şəxslər FETÖ üzvləri ilə sıx əlaqədə olub.

Əməliyyatların Türkiyənin digər şəhərlərində də keçiriləcəyi istisna olunmur.

Xatırladaq ki, Fətullah Gülən və onun tərəfdarları 2016-cı ilin iyulunda Türkiyədə çevriliş cəhdində ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti