Bakı. Trend:
Əfqanıstanın şimalındakı Samanqan əyalətində kömür mədəni çöküb.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 30 nəfər həlak olub.
Daha 12 mədənçinin xəsarət aldığı bildirilib. İlkin məlumatlara əsasən, mədənin çökməsinə partlayış səbəb olub.
Hadisə zamanı mədəndə nə qədər işçinin olması barədə dəqiq məlumat yoxdur. İtki sayının artması istisna edilmir.