...

Kaliforniyada atışma olub, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 12 İyun 2020 09:48 (UTC +04:00)
Kaliforniyada atışma olub, ölənlər və yaralananlar var

Bakı. Trend:

ABŞ-ın Paso-Robles şəhərində (Kaliforniya ştatı) Ceyson Lira adlı şəxs iyunun 10-da odlu silahdan şerifin köməkçisini yaralayıb, bir nəfəri isə öldürüb.

Trend-in məlumatına görə, hadisə yerindən qaçan cinayətkar növbəti gün, iyunun 11-i daha 3 polis əməkdaşını odlu silahdan yaralayıb.

Bildirilir ki, iyunun 11-i baş verən atışma zamanı C.Lira polis əməkdaşları tərəfindən öldürülüb.

Qeyd edilir ki, yaralanan polis əməkdaşları xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti