...

Böyük Britaniyada koronavirus xəstələrinin 22 faizi tibb müəssisələrində bu virusa yoluxub

Dünya xəbərləri Materials 13 İyun 2020 10:14 (UTC +04:00)
Böyük Britaniyada koronavirus xəstələrinin 22 faizi tibb müəssisələrində bu virusa yoluxub

Bakı. Trend:

Böyük Britaniyada koronavirus xəstələrinin 22 faizi tibb müəssisələrində bu virusa yoluxub.

Trend-in məlumatına görə, bu, ölkə ərazisində keçirilmiş tədqiqat nəticəsində müəyyən edilib.

Mütəxəssislər hesab edir ki, buna səbəb uzun müddət xəstəxanalarda sosial məsafə qaydalarına əməl olunmamasıdır.

Tədqiqatın nəticələri onu göstərir ki, ölkədə koronavirusdan ölüm hallarının 11 faizi məhz xəstəxanada yoluxmanın nəticəsində olub.

Son zamanlarda əksər Böyük Britaniya sakinləri təkrar yoluxma hallarının artmasında milli səhiyyə sistemini təqsirləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti