Bakı. Trend:
Türkiyənin qərbində 3,8 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə isitnadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İzmir şəhərindən 260 kilometr şərqdə, ocağı isə 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.