...

ABŞ Çinin əlavə aviareyslərlə bağlı müraciətini rədd etdi

Dünya xəbərləri Materials 20 İyun 2020 06:14 (UTC +04:00)
ABŞ Çinin əlavə aviareyslərlə bağlı müraciətini rədd etdi

Bakı. Trend:

ABŞ Çinin dörd aviaşirkətinin iki ölkə arasında əlavə həftəlik aviareyslərin təşkili ilə bağlı müraciətini rədd edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Nəzliyyat Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Çin aviaşirkətlərinin müraciətinin rədd edilməsi ABŞ və Çin aviaşirkətləri arasında müntəzəm sərnişin daşımaları paritetini qorumaq məqsədini daşıyır.

Nazirlikdən vurğulayıblar ki, bu, yalnız prosedur xarakterli qərardır və ABŞ tərəfindən eskalasiya kimi qəbul edilə bilməz.

Qeyd edilr ki, Çinin aviasiya hakimiyyəti ABŞ şirkətləri üçün uçuşların sayını artıracağı halda Nazirlik qərarı yenidən nəzərdən keçirməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti