...

Braziliyada koronavirusa yoluxanların sayı 1,1 milyonu ötüb

Dünya xəbərləri Materials 23 İyun 2020 05:25 (UTC +04:00)
Braziliyada koronavirusa yoluxanların sayı 1,1 milyonu ötüb

Bakı. Trend:

Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 1,1 milyon nəfəri ötüb.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ötən gün ölkədə koronavirusa 21 nəfər yoluxub, 654 nəfər isə vəfat edib.

Bildirilir ki, koronavirusa yoluxanlardan 571 649 nəfəri sağalıb, 483 550 nəfər hazırda həkimlərin nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti