...

Ermənistanda son sutkada 711 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 24 İyun 2020 11:06 (UTC +04:00)
Ermənistanda son sutkada 711 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 21 717 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 711 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 14 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 386 nəfər koronavirusdan ölüb, 10 534 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti