...

Özbəkistanda kağız-sellüloz fabriki yanıb

Dünya xəbərləri Materials 25 İyun 2020 19:25 (UTC +04:00)
Özbəkistanda kağız-sellüloz fabriki yanıb

Bakı. Trend:

Özbəkistanın Yangiyul şəhərində kağız-sellüloz fabrikində güclü yanğın baş verib.

Trend-in məlumatına görə, yanğın “Global KOMSCO Daewoo” Özbəkistan-Cənubi Koreya birgə müəssisəsi zavodunda qeydə alınıb.

Yanğın ümumilikdə 5 min kvadratmetr sahəni əhatə edib. Yanğının qarşısının alınması üçün 36 yanğınsöndürmə briqadası cəlb edilib.

Hadisə nəticəsində itkilərin olmadığı deyilir.

Həmin zavod ildə 12 min ton kağız istehsal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti