...

Türkiyədə koronavirusdan sağalanların sayı 170 min nəfəri ötüb

Dünya xəbərləri Materials 28 İyun 2020 23:45 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 170 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 097 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 356 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 197 239 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 413 nəfər olmaqla 170 595 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti