...

Yunanıstanın bütün hava limanları iyulun 1-dən beynəlxalq reysləri qəbul edəcək

Dünya xəbərləri Materials 29 İyun 2020 19:49 (UTC +04:00)
Yunanıstanın bütün hava limanları iyulun 1-dən beynəlxalq reysləri qəbul edəcək

Bakı. Trend:

İyulun 1-dən etibarən Yunanıstanın bütün hava limanları beynəlxalq reysləri qəbul edəcək.

Trend-in məlumatına görə, bunu hökumətin rəsmi nümayəndəsi Stelios Petsas deyib.

O bildirib ki, həmin tarixdən Yunanıstanın bütün dəniz limanları da beynəlxalq dəniz reyslərini qəbul etməyə başlayacaq.

İyunun 15-dən yalnız Afina və Saloniki hava limanları beynəlxalq reysləri qəbul edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti