...

Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər

Dünya xəbərləri Materials 2 İyul 2020 02:13 (UTC +04:00)
Ərdoğan və Merkel Liviya və Suriyanı müzakirə ediblər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel ilə telefon danışığı aparıb.

Trend-in məlumatına görə, bu barədə bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, tərəflər regional problemləri, ilk növbədə Liviya və Suriyada vəziyyətin inkişafını müzakirə ediblər.

Liderlər, həmçinin yeni növ koronavirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Söhbət zamanı ikitərəfli münasibətlərin vəziyyəti ilə bağlı məsələlərə də toxunulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti