...

İran zəfəran istehsalını artırıb

Dünya xəbərləri Materials 14 İyul 2020 12:05 (UTC +04:00)
İran zəfəran istehsalını artırıb

Bakı. Elnur Bağışov – Trend:

İranda zəfəran istehsalında ildə təxminən 15% artım qeydə alınır. Bu il İranda 500 ton zəfəranın istehsal olunacağı proqnoz olunur.

Trend-in məlumatına görə, bunu İranın Milli Zəfəran Şurasının üzvü Əli Hüseyni deyib.

Ə.Hüseyninin sözlərinə görə, istehsalın artması hər il mütəmadı olaraq zəfəran əkini sahələrinin genişləndirilməsi ilə bağlıdır.

O, bildirib ki, İranda koronavirus yayıldıqdan sonra zəfəran ixracı ciddi şəkildə azalıb:

“Halbuki İran ildə 200-300 ton zəfəranı dünya ölkələrinə ixrac edirdi”.

Şura üzvü bildirib ki, hazırda İranda 1 kq zəfəranın minimum qiyməti 65 milyon rial (təxminən 1,547 dollar), maksimum qiyməti isə 105 milyon rialdır (təxminən 2,5 min dollar).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti