...

ABŞ-da koronavirusa yoluxanların sayı 4 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 24 İyul 2020 06:11 (UTC +04:00)
ABŞ-da koronavirusa yoluxanların sayı 4 milyon nəfəri ötüb

Trend-i buradan izləyin

Bakı. Trend:

ABŞ-da yeni növ koronavirusa yoluxanların sayı 4 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bunu federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 4 005 414 nəfərə çatıb.

Bildirilir ki, koronavirusa yoluxanlardan 143 820 nəfəri vəfat edib, 1 210 849 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Kaliforniya, Nyu-York, Florida və Texas ştatlarında qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti