...

Sudanın qərbində silahlı hücum: 60 ölü

Dünya xəbərləri Materials 27 İyul 2020 06:53 (UTC +04:00)
Sudanın qərbində silahlı hücum: 60 ölü

Bakı. Trend:

Sudanın Qərbi Daruf əyalətində silahlı hücum nəticəsində az 60 nəfər ölüb, daha 60 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə BMT-nin humanitar məsələlərin koordinasiyası üzrə idarəsindən xəbər verilib.

Hadisə iyulun 25-də Qərb Darfurun Masteri kəndində baş verib. Hücumu 500-ə yaxın silahlı həyata keçirib. Yerli sakinlərin evləri və yerli bazar yandırılıb.

Basqın 19-26 iyul tarixlərində Darfurda baş verən silsilə silahlı hücumlarının yeddincisi olub.

Xatırladaq ki, Darfurda vətəndaş müharibəsi 2003-cü ildə "Sudan Azadlıq Hərəkatı" və "Ədalət və Bərabərlik Hərəkatı" tərəflərindən bölgənin "iqtisadi marginallaşmasına" etiraz olaraq hakimiyyətə qarşı qaldırdıqları üsyandan sonra başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti