...

Braziliyada koronavirusa daha 57 837 nəfər yoluxub

Dünya xəbərləri Materials 31 İyul 2020 05:55 (UTC +04:00)
Braziliyada koronavirusa daha 57 837 nəfər yoluxub

Bakı. Trend:

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 57 837 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 610 102 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 129 nəfər ölüb, ölənlərin ümumi sayı 91 263 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti