...

Çin GPS-ə rəqib sistemi işə saldı

Dünya xəbərləri Materials 31 İyul 2020 13:27 (UTC +04:00)
Çin GPS-ə rəqib sistemi işə saldı

Bakı. Trend:

Çində “Beidou-3” qlobal naviqasiya sistemi işə salınıb.

Trend-in məlumatına görə, paytaxt Pekində keçirilən işəsalma mərasimində Çin rəhbəri Si Cinpin də iştirak edib.

Qeyd edək ki, Çinin “Beidou-3” sistemi ABŞ-ın GPS və və Rusiyanın QLONASS qlobal naviqasiya sistemlərinin rəqibi olacaq.

55 peykdən ibarət “Beidou-3” sisteminin sonun peyki iyunun 23-də orbitə buraxılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti