...

Almaniyada son sutka ərzində 955 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 1 Avqust 2020 15:37 (UTC +04:00)
Almaniyada son sutka ərzində 955 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Almaniyada son sutka ərzində 955 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, ölkədə son bir həftə ərzində virusa yoluxmada artım müşahidə olunur.

Bu müddətdə gündəlik yoluxma göstəricisi 600-1000 arasında dəyişib. Sonuncu dəfə belə göstəricilər Almaniyada iyun ayında qeydə alınmışdı.

Qeyd edək ki, Almaniyada bu günədək 209 mindən çox şəxs koronavirusa yoluxub, 9 148 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti