...

Tramp Şimali Karolinada fövqəladə vəziyyət rejimi elan edib

Dünya xəbərləri Materials 3 Avqust 2020 05:21 (UTC +04:00)
Tramp Şimali Karolinada fövqəladə vəziyyət rejimi elan edib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp ölkənin Şimali Karolina ştatında "İsaya" qasırğası səbəbilə fövqəladə vəziyyət rejimi elan edib.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin press-relizində deyilir.

Bildirilir ki, ABŞ prezidenti ştat səviyyəsində görülən tədbirlərdən əlavə olaraq federal yardımın göstərilməsini tapşırıb.

Xatırladaq ki, daha əvvəl "İsaya" qasırğası səbəbilə Florida ştatında da fövqəladə vəziyyət rejimi elan edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti