...

Dünyada koronavirusa yoluxanların sayı 19 milyon nəfəri keçdi

Dünya xəbərləri Materials 6 Avqust 2020 14:14 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 19 milyon nəfəri keçdi

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 19 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, son bir neçə saat ərzində Banqladeşdə 2 977, İndoneziyada 1 882, Filippində 3 561 yoluxma qeydə alınıb.

Ümumilikdə, bu günədək dünyada virusa yoluxanların 19 000 415 nəfərə çatıb. Yoluxma sayına ABŞ liderlik edir. Bu ölkədə 4,9 milyondan çox şəxs koronavirusa yoluxub. Braziliya 2,8 milyondan çox yoluxma ilə ikinci, Hindistan 1,9 milyondan çox yoluxma ilə üçüncü yerdədir.

Bu günədək 711 617 nəfər koronavirusun qurbanı olub, 12 188 295 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti