Bakı. Trend:
ABŞ-ın Merilend ştatının Baltimor şəhərində baş verən qaz partlayışında ən azı 1 nəfər öldü.
Trend-in məlumatına görə, bu barədə yerli yanğın xidməti öz "Twitter" səhifəsində bildirib.
Məlumata əsasən, bir neçə evdə partlayış olub, ən azı 5 nəfər dağıntılar altında qaldı.
Xilasetmə əməliyyatı zamanı dörd nəfərin dağıntıdan çıxarıldığı, vəziyyətlərinin kritik və ağır olduğu bildirilib, onlar hamısı yaxınlıqdakı xəstəxanalara aparılıb.